Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır – Niyazi Bayramov

03 oktyabr 2023 | 16:06

“3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik günlərdən biridir. Məhz bu tarixdə keçirilən prezident seçkiləri və onun nəticələri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun başlanğıcı olub. Həmin gün xalqımız böyük səs çoxluğu ilə öz seçimini edib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi Prezident seçib. Məhz həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub”.

Bu fikirləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib.

O qeyd edib ki, dövlətə və xalqa sədaqət andı içən Ulu Öndər Heydər Əliyev, həyatının sonuna qədər bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına sərf edib və son nəfəsinə qədər andına sadiq qalıb.

“Ümummilli Lider Heydər Əliyev ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi islahatlar aparılmağa başlanıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi.

Ulu Öndər Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Məhz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Bu gün Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır”.

Keçidlər