Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər Heydər Əliyev Park-Xiyaban Kompleksində abadlıq işləri mütəmadi olaraq davam edir

21 noyabr 2023 | 11:12

Gəncə şəhərinin ən böyük və müasir parkı olan Heydər Əliyev Park-Xiyaban Kompleksində abadlıq, təmizlik, təmir-bərpa işləri həyata keçirilir. Belə ki, kompleksin əməkdaşları tərəfindən parkın ərazisində mövsümi dekorativ gül kolları əkilir, qurumuş ağacların budaqları budanır, fəavvarələrdə təmir və təmizlik işləri aparılır. Parkın gözoxşayan mənzərəsinə gözəllik qatan mövsümi güllərə, dekorativ ağaclara daimi olaraq xüsusi aqrotexniki qulluq göstərilir, suvarılması təmin edilir.

Bununla yanaşı, Heydər Əliyev Park-Xiyaban Kompleksinin yaşıllığına da xüsusi diqqət göstərilir. Burada mütəmadi olaraq ağacəkmə aksiyaları təşkil olunur, iqlim şəraitinə uyğun ağaclar əkilir.

Qeyd edək ki, görülən bütün işlər şəhərimizə gələn qonaqların və sakinlərin rahatlığına xidmət edir.

 

Keçidlər