Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

16 noyabr 2023 | 18:03

Gəncə Dövlət Universitetində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov,  DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, GDU-nun Humanitar məsələlər üzrə prorektoru, professor Gülsüm Fətəliyevə, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. 

Çıxışlardan sonra 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər