Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə məişət zorakılığı ilə bağlı təlim keçirilib

20 noyabr 2023 | 15:47

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə AMEA-nın Gəncə Bölməsində məişət zorakılığı və onunla mübarizə mövzusunda təlim keçirilib.

Təlimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Xalidə Mete, Zibəndə Yusifova, Vəkillər kolleqiyasının üzvü, hüquqşunas Sevinc Əliyeva, o cümlədən Gəncə və Naftalan  şəhər, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon icra hakimiyyətlərində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri iştirak ediblər.

Bildirilib ki, cari ilin avqust ayından etibarən BMT-nin Əhali Fondunun dəstəyi ilə AQUPDK tərəfindən “Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət göstərən monitorinq qruplarının bacarıqlarının artırılması” layihəsi həyata keçirilir. Bununla əlaqədar olaraq, sözügedən monitorinq qruplarının nümayəndələrinə mövzuya aid beynəlxalq standartlar və yanaşmalar, habelə mövcud milli qanunvericiliyə əsaslanaraq müvafiq bilik və bacarıqların artırılması məqsədilə təlimlər keçirilr.

Daha sonra Sevinc Əliyeva tərəfindən məişət zorakılığı ilə mübarizədə müxtəlif mövzuda təlim sessiyaları dinlənilib.

Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər