Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

I Qarabağ Müharibəsi şəhidi Vaqif Alıyevin nəşi bugün Gəncədə dəfn olunub

26 sentyabr 2024 | 17:43

I Qarabağ Müharibəsində itkin düşmüş hesab edilən Alıyev Vaqif Sərdar oğlunun nəşi bu gün Gəncə şəhərinin Şəhidlər xibayanında torpağa tapşırılıb. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər və Gədəbəy rayon icra hakimiyyəti başçısı aparatlarının məsul əməkdaşları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilat rəhbərləri, I Qarabağ və Vətən Müharibəsi veteranları iştirak ediblər.

Şəhid Vaqif Alıyevin nəşi yaşadığı evdə keçirilən vida mərasimindən sonra Gəncə şəhərinin Şəhidlər xiyabanına gətirilərək, dəfn olunub.

Qeyd edək ki, Vaqif Alıyev 25 may 1966-cı ildə Gədəbəy rayonunun Keşişkənd kəndində doğulub. 1984-cü ildə ildə Rusiya Federasiyasının Perm şəhərində (o vaxtıkı SSRİ) hərbi xidmət keçib. Xidmət müddəti başa çatdıqdan sonra o, orada 9 ilə yaxın baş gizir kimi çalışıb. 1992-ci ilində Gəncə şəhərinə gələn Vaqif Alıyev burada yerləşən N saylı hərbi hissədə baş gizir rütbəsi ilə hərbi fəaliyyətini davam etdirib. O, 1992-ci ilin sentyabr ayında “Gəncə batalyonu”nun tərkibində Ağdərəyə yollanıb və ağır döyüş əməliyyatlarında iştirak edib. Alıyev Vaqif Sərdar oğlu 29 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb.

Ailəli idi, bir qız övladı var.

Keçidlər