Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İldırım vurması nəticəsində həlak olan əsgər Əli Nağıyev dəfn edilib

10 iyun 2024 | 18:40

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin əsgəri Əli Elşən oğlu Nağıyev Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, DSX-nın yüksək rütbəli zabiti, hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Şəhid Nağıyev Əli Elşən oğlu ilə vida mərasimi yaşadığı evdə baş tutub. Daha sonra onun nəşi Gəncə şəhərinin Şəhidlər xiyabanına gətirilərək torpağa tapşırılıb. Dəfn zamanı yaylım atəşi açılıb, mərhumun ruhuna dualar oxunub.

Xatırladaq ki, iyunun 9-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

 

Keçidlər