Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncə şəhəri üzrə Təhsil Sektorunun yeni müdiri Nərgiz Həsənova ilə görüşüb

26 sentyabr 2023 | 18:49

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri Nərgiz Həsənova ilə görüşüb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin də iştirak etdiyi görüşdə şəhərimizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən söz açılıb.


Qeyd olunub ki, son illər Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də müasir məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Şəhər rəhbəri qeyd edib ki, görülən işlər sözsüz ki, şagirdlərin dərslərə olan marağının artmasına, onların təhsildə olan göstəricilərinin yüksəlməsinə təsirsiz ötüşmür.


Niyazi Bayramov Nərgiz Həsənovanı yeni təyinatı ilə bağlı təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb.


Qeyd edək ki, Nərgiz Həsənova Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhəri üzrə Təhsil Sektorunun müdiri vəzifəsinə təyin edilib. O, 2011-ci ildən Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Keçidlər