Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbi ziyarət edib

13 fevral 2024 | 15:51

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbi növbəti dəfə ziyarət edib, burada yaradılan şəraitlə yaxından tanış olub. Ziyarətdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin direktoru Anar Qədiməliyev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Şəhər rəhbərinə məlumat verilib ki, 960 şagird yerlik məktəb binasında sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, 2 STEAM otağı,  kompüter və müəllimlər otaqları, hərbi kabinet, kitabxana, bufet və idman zalı yerləşir. Bundan başqa məktəbdə 360 yerlik akt zalı, qrim otağı, məktəbəhazırlıq otağı, müasir tələblərə cavab verən kitabxana da fəaliyyət göstərir. Hazırda 29 nömrəli tam orta məktəbdə 1068 şagird təhsilini davam etdirir.

Niyazi Bayramov məktəbin bufetində şagirdlərlə birgə çay süfrəsi ətrafında səmimi söhbət edib, onlara öz tövsiyələrini verib. Məktəbin müəllim kollektivi təhsil ocağında yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, məktəb binası Vətən müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması nəticəsində zərər görüb.

Keçidlər