Prezident İlham Əliyev Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb
02 mart 2026 | 14:19
Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədilə 1,6 milyon manat vəsait ayrılıb.
Müvafiq Sərəncama əsasən, qeyd olunan vəsait Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşmənin təmin edilməsi tapşırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.






