Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər mütəmadi olaraq davam edir

09 iyul 2024 | 09:41

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsininvə hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı, şəhərin H.Əliyev prospektində yerləşən mövcud qeyri-yaşayış obyektinə bitişik dəmir konstruksiyadan ibarət talvar aşkar olunub. Monitorinq qrupu tərəfindən qanunsuz inşa edilən artırmanın söküntüsü təmin edilib.

Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Keçidlər