Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirib

15 noyabr 2023 | 15:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 14-15 noyabr 2023-cü il tarixində Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.

Əvvəlcə Vilayət Eyvazov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Gəncə və ətraf bölgələrdən qəbula gələn 120 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Keçidlər