Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Gəncə Memorial Kompleksi"nin ərazisində qurumuş ağaclar kəsilib

29 yanvar 2024 | 17:19

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı ərazisində “Gəncə Memorial Kompleksi"nin inşasına başlanılıb. 2020-ci ilin oktyabr ayının 11-də növbəti terror nəticəsində bu əraziyə atılan raket yaşıllıqların bir qismini məhv edib, yerdə qalan iri gövdəli ağacların isə inkişafının dayanmasına səbəb olub.

Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə əsasən, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi İdarəsinin rəyi əsasında sözügedən ərazidə və ətrafında qurumuş ağacların kəsilməsi, həmçinin digər iri gövdəli ağacların budanması işləri həyata keçirilir.

Qeyd edək ki, gələcəkdə bu ərazidə yeni yaşıllıq zolaqları salınacaq.

Keçidlər