Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncəçayın məcrasında və ətraf ərazilərində növbəti dəfə iməcilik keçirilib

18 fevral 2023 | 20:56

Gəncədə aparılan genişmiqyaslı təmizlik aksiyası bu gün Gəncəçayın məcrası boyu, sağ və sol sahillərində davam edib.
Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən çay üzərində olan bütün körpülərin ətrafı, o cümlədən alt hissəsi məişət tullantılarından, kol-kos və alaq otlarından təmizlənib, çayın məcrası boyunca tullantılar bir yerə yığılaraq ərazidən kənarlaşdırılıb.
Bir daha şəhər sakinlərindən məişət və digər tullantıları təyin olunan yerlərdə yerləşdirilən konteynerlərə atmaları xahiş olunur.

Keçidlər