Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə bəzi yaşayış binalarının dam örtükülərində və novdanlarda təmir işləri aparılıb

17 may 2024 | 17:01

Son günlər havaların qeyri-sabit keçməsi və yağan leysan xarakterli yağışlar Gəncə şəhərində bəzi yaşayış binalarının dam örtüklərində və novdanlarında fəsadlara yol açıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq mövcud vəziyyəti aradan qaldırmaq məqsədilə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Heydər Əliyev prospekti 263 a, Atatürk prospekti 238, Dədə Qorqud küçəsi 264 saylı yaşayış binalarının dam örtüyü və novdan sistemindəki nasazlıqlar aradan qaldırılaraq təmir edilib.

 

Keçidlər