Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə mövsümi ağacəkmə aksiyası davam edir

20 noyabr 2023 | 12:13

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşrııq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən şəhər ərazisində mövsümi ağacəkmə akiyası davam etdirilir. Belə ki, Gəncənin şərq girişi istiqamətində yerləşən maqistral yolun sağ və sol hissəsində 2 min ədəd Eldar şamı tingi əkilib. Həmçinin, mövcud və yeni əkilən yaşıllıq zolağına aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik işləri həyata keçirilib. Qarşıdan gələn günlərdə analoji ağacəkmə aksiyası Gəncənin park və xiyabanlarında, şəhərin qərb istiqamətindəki maqistral yolun sağ və sol hissəsində, həmçinin "Comərdi Qəssab" türbəsinin ətrafında da təşkil ediləcək.

Bununla yanaşı, Gəncə Beynəlxalq Avtovağzalın ətraf ərazilərində geniş təmizlik və abadlıq işləri də həyata keçirilib. Adıçəkilən ərazilər MKTİB-nin xüsusi texnikası və canlı qüvvəsi tərəfindən məişət tullantılarından, alaq otlarından təmizlənib. Mövcud olan müxtəlif tutumlu zibil qutularının ətrafında səliqə-səhman yaradılıb, mövcud yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Qeyd edək ki, şəhər ərazisində bu kimi aksiyalar mütəmadi olaraq davam edəcək.

 

 

Keçidlər