Gəncədə mütəmadi olaraq təmir və təmizlik işləri aparılır
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmir-bərpa, o cümlədən təmizlik işləri davam edir. Budəfəki təmizlik aksiyası Şəhidlər Xiyabanı Kompleksində və 1 saylı şəhər qəbirstanlığında həyata keçirilib. Belə ki, sözgedən ərazidə məzarların ətrafı alaq otlarından təmizlənib, məişət qalıqları yığılaraq daşınıb. Həmçinin, mövcud ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, yeni mövsümü güllər əkilib, suvarılıb. Əlavə olaraq, Gəncə - Daşkəsən avtomobil yolunun kənarında da iməcilik aksiyası təşkil olunub. təmizlik işləri həyata keçirilib.
Bununla yanaşı, şəhərin Əttarlar küçəsi, 2-ci döngədə 7 ədəd yeni işıq dayağı fundamentləri, plafon və LED lampalar quraşdırılıb, 180 metr yeni kabel xətti çəkilib. 28 May küçəsində 6 ədəd yeni işıq dirəyi quraşdırılıb və 200 metr kabel xətti çəkilərərk istifadəyə verilib. Eyni zamanda, xidməti ərazilərdə köhnə plafonlar dəyişdirilir, lampalar yeniləri ilə əvəzlənirlər.
Gəncə şəhərinin küçələrinin işqlandırılması prosesi mərhələli şəkildə həyata keçirilir və məqsəd şəhər sakinlərinin gecə saatlarında təhlükəsiz hərəkətinin təmin edilməsidir.
Qeyd edək ki, şəhərin müxtəlif ərazilərində bu kimi işlər mütəmadi olaraq həyata keçirilir.