Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti gül əkini aksiyası keçirilib

20 may 2024 | 17:44

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti gül əkini aksiyası keçirilib

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərin park və xiyabanlarına, yol kənarlarına mövsümü gül əkini kompaniyasını davam etdirir. Yaşıllaşdırma aksiyası bu dəfə Atatürk prospektində, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin ərazisində həyata keçirilib. Belə ki, sözügedən ərazilərdə yaşıllıq zolaqları və gül tumbaları güllərlə bəzədilib. Mövcud və yeni əklilən yaşıllığa aqrotexniki qulluq göstərilib. Aksiyaya qurumun əməkdaşları və müxtəlif təyinatlı texnikaları cəlb edilib.

Qeyd edək ki, yaz fəsli başlayandan şəhər ərazisində mövsümü güllərin əkini davam edir.

 

Keçidlər