Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

İqtisadiyyat

Ölkənin ən iri sənaye şəhərlərindən biri olan Gəncə şəhərinin əhalisi 01.10.2025-ci il tarixə rəsmi qeydiyyatda 331041 nəfərdir.

Məşğul əhalinin əsas hissəsi emal sənayesində, təhsildə, nəqliyyat və digər xidmət, ticarət, ictimai iaşə sahələrində çalışır.

Gəncə şəhəri - 4 sahə inzibati ərazi dairəsindən, 6 qəsəbə inzibati ərazi dairəsindən - Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natəvan, Məhsəti, Sadıllı və Göygöl qəsəbələrindən ibarətdir. Şəhər ərazisində 885 idarə və müəssisə, o cümlədən 313 iri, orta və 572 kiçik müəssisə fəaliyyət göstərir. Bunlardan 81 bank filialı və bank olmayan kredit təşkilatı, “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt filialı, onun 18 Poçt şöbəsi və Müştəri Xidmətləri şöbəsi, Gəncə Telekommunikasiya İdarəsi, 5 ATS, 16 mehmanxana və 146-dan çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə “Azəralüminium” MMC, “Gəncə avtomobil zavodu” İB, “Gəncə Şərab-2” ASC-dir.

01.12.2025-ci ildə şəhər üzrə muzdlu şərtlərlə məşğul əhalinin sayı 43400 nəfər, o cümlədən sənayedə çalışanların sayı 6676 nəfər, tikintidə 696 nəfər, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminatda 2488 nəfər, təhsildə 11403 nəfər, səhiyyədə 5565 nəfər, digər sahələrdə 16572 nəfərdir. 01.01.2026-cı il vəziyyətinə şəhər ərazisində 1115 yeni iş yerləri yaradılmışdır. 2025-ci ilin yanvar-dekabr aylarında sənaye məhsul istehsalının həcmi 0,4 faiz artaraq 616,4 mlyn. manat, əsas kapitala yönəldilmiş investisiyalarının həcmi 513,8 mlyn.manat, pərakəndə əmtəə dövriyyəsi (iaşə daxil olmadan) 1654,3 mlyn.manat olmuşdur. 01.12.2025-ci tarixə orta aylıq əmək haqqı 6,1 %  artaraq 756,3 manat, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 10,7 % artaraq 778,1 manat təşkil etmişdir. 

Fəaliyyət göstərənlərin hüquqi vahidlərin sayı iqtisadiyyatın bölmələri üzrə aşağıdakı kimi xarakterizə olunur:

S/S

Fəaliyyət növləri üzrə bölmələrin adı

Fəaliyyət göstərənlərin sayı cəmi, vahid

o cümlədən

iri və orta

kiçik

 

Şəhər üzrə cəmi, ondan

885

313

572

1.

Kənd təsərrüfatı

19

7

12

2.

Sənaye

111

43

68

3.

Tikinti

46

11

35

4.

Nəqliyyat

47

16

31

5.

Rabitə

26

5

21

6.

Xidmət

113

23

90

7.

Maliyyə

81

27

54

8.

Sosial

259

106

153

9.

Ticarət

183

75

108

 

Keçidlər