III MDB Oyunları
Gəncə: qədimlik və müasirliyin sintezi
AZE - Azərbaycan Resublikasının ikinci böyük şəhəri olan Gəncə, ölkənin elmi və mədəni həyatında, iqtisadi inkişafında xüsusi yerə malikdir. 4 min illik tarixə malik qədim şəhər sadəcə Azərbaycanın deyil, bötüvlükdə Şərqin elm və mədəniyyət beşiyidir. Şərqdə müsəlman və türk dünyasının ilk demokratik dövlətinin ilk paytaxtı məhz Gəncə şəhəri olmuşdur. Bu özəl diyar dünya ədəbiyyatına müsəlman intibahının parlaq nümayəndələrindən olan Məhsəti Gəncəvi, elmi bilikləri və fikirləri ilə öz dövrünü qabaqlamış mütəfəkkir Nizami Gəncəvi, XVIII–XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mirzə Şəfi Vazeh kimi dahilər bəxş etmişdir. Burada xeyli sayda tarixi abidələr, müzeylər və müasir mədəniyyət ocaqları mövcuddur. Bu tikililər şəhərin qədim tarixinə şahidlik etməklə yanaşı, Gəncənin zəngin mədəni irsini də özündə əks etdirir.
Gəncə şəhərinin füsünkar təbiəti, zəngin mədəniyyəti və qədim tarixi abidələri ilə aşağıda təqdim olunan videolar vasitəsilə tanış ola bilərsiniz:
Link: Şərqin mədəniyyət beşiyi - Gəncə
Link: Gəncə şəhərinə xoş gəlmişsiniz!
Link: Mən Azərbaycanın qəlbiyəm, həm də Qərbi...
Gəncə öz əsrarəngiz ruhu, zəngin mətbəxi, gülərüz insanları ilə sizi özünə valeh edəcək. Bu şəhərdən alacağınız təəssürat sizə xoş və unudulmaz hisslər yaşadacaq.
RUS - Гянджа — второй по величине город Азербайджанской Республики — занимает особое место в научной и культурной жизни страны, а также в её экономическом развитии. Этот древний город с 4000-летней историей является колыбелью науки и культуры не только Азербайджана, но и всего Востока. Именно Гянджа была первой столицей первого демократического государства мусульманского и тюркского мира на Востоке.
Этот уникальный край подарил мировой литературе таких выдающихся деятелей мусульманского Возрождения, как Мехсети Гянджеви, мыслителя и ученого, опередившего своё время — Низами Гянджеви, а также одного из выдающихся представителей азербайджанской литературы XVIII–XIX веков — Мирзу Шафи Вазеха.
В городе находятся многочисленные исторические памятники, музеи и современные культурные центры. Эти постройки не только свидетельствуют о древней истории Гянджи, но и отражают её богатое культурное наследие.
Познакомиться с очаровательной природой, богатой культурой и древними памятниками города Гянджа вы можете с помощью представленных ниже видеороликов:
Link: Şərqin mədəniyyət beşiyi - Gəncə
Link: Gəncə şəhərinə xoş gəlmişsiniz!
Link: Mən Azərbaycanın qəlbiyəm, həm də Qərbi...
Гянджа очарует вас своей загадочной атмосферой, богатой кухней и приветливыми людьми. Впечатления от этого города подарят вам приятные и незабываемые эмоции.
ENG - Ganja, the second-largest city of the Republic of Azerbaijan, holds a special place in the country’s scientific and cultural life as well as in its economic development. With a 4,000-year history, this ancient city is not only a cultural and scientific cradle of Azerbaijan, but of the entire Eastern world. Ganja was the first capital of the first democratic state in the Muslim and Turkic world of the East.
This unique land has given the world literary figures such as Mahsati Ganjavi, a shining representative of the Muslim Renaissance; Nizami Ganjavi, a visionary thinker and scholar ahead of his time; and Mirza Shafi Vazeh, one of the prominent figures of 18th–19th century Azerbaijani literature.
The city is home to numerous historical monuments, museums, and modern cultural institutions. These buildings not only testify to Ganja’s ancient history but also reflect its rich cultural heritage.
You can explore Ganja’s enchanting nature, rich culture, and ancient monuments through the videos provided below:
Link: Şərqin mədəniyyət beşiyi - Gəncə
Link: Gəncə şəhərinə xoş gəlmişsiniz!
Link: Mən Azərbaycanın qəlbiyəm, həm də Qərbi...
Ganja will captivate you with its mysterious spirit, rich cuisine, and warm-hearted people. The impressions you take from this city will leave you with pleasant and unforgettable memories.






