Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Elanlar

2023-ci il

 

Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai şuranın  üzvlüyünə nöbəti  seçkilərlə bağlı

ELAN

Gəncə Şəhər İcra Hakimiyyətinin (bundan sonra icra hakimiyyəti) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai şuranın yeni tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası fəaliyyət göstərir.

Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın fəaliyyətində iştirak etmək istəyənlər 22.05.2023-cü il tarixindən 20 iş günü müddətində İcra Hakimiyyətinin Şeçki Komissiyasına müraciət edə bilərlər.

Müraciətə (əlaqə vasitələri, e-mail və digər zərurui məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

  • şəxsiyyət vəsiqəsinin surətini;
  • namizədin tərcümeyi-halını;
  • namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;
  • mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

 

Keçidlər