Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İctimai Şuranın fəaliyyəti

Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründədə ictimai nəzarət daim diqqət mərkəzində olub. Ulu öndər ictimai nəzarətin həyata keçirilməsinə, müraciətlərə baxılmasında şəffaflıq və obyektlivliyinin təmin edilməsinə, əhalinin müxtəlif sahələrdəki problemlərinin araşdırılmasına, onların dövlət orqanları ilə əməkdaşlıq və dialoq şəraitində fəaliyyətinə daim xüsusi diqqət göstərib.

İctimai iştirakçılıq üçün hüquqi əsaslar yaradan qanunvericilik aktlarından biridə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu, bu qanunun tədbiqi ilə bağlı Prezident Fərmanı və Nazirlər Kabinetinin 2014-cü ildə qəbul etdiyi 171 və 172 saylı Qərarlarla təsdiq edilmiş əsasnamə və qaydadır.

19 oktyabr 2020-ci il tarixində Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şura üzvlüyünə seçkilər təşkil olunmuş, müxtəlif vətəndaş institutları tərəfindən namizədliyi irəli sürülmüş 20 nəfərdən 15-i İctimai Şuraya üzv seçilmişdir.

24 noyabr 2020-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin iclası keçirilmişdir. İclasda Hacıyev Bayram İsgəndər oğlu İctimai Şuranın sədri, Kalaşnikova İrina Vladimr qızı sədr müavini, Mehdiyev Fərid Siyavuş oğlu isə katib seçilmişdir.

26 yanvar 2021-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi və bununla bağlı tədbirlər planına dair təkliflər paketinin hazırlanmasının müzakirəsinə həsr olunmuşdur.

18 fevral 2021-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilmişdir. İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə şəhidlərinin xatirəsinin yaşadılması və onların tanıdılması məqsədi ilə hazırlanması nəzərdə tutulan “Gencesehidleri.az” saytı müzakirəyə çıxarılmışdır.

16 mart 2021-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilmişdir. İclasda Gəncə Şəhər İcra Hakimiyyətinə müraciətləri əsasında yaradılması nəzərdə tutulan abidə kompleksi müzakirə olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncə şəhərində Müasir Memorial Abidə Kompleksinin yaradılması ilə bağlı icra hakimiyyətinin təşəbbüsü dəstəklənmişdir.

05 may 2021-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilmişdir. İclasda Gəncə şəhərinin baş planının hazırlanması və təkliflərin müzakirəsi nəzərdə tutulmuşdur.

27 sentyabr 2021-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilmişdir. İclasda “Anım günü” ilə əlaqədar olaraq vətən müharibəsi şəhidləri pandemiya qaydalarına uyğun olaraq il mərasimlərinin keçirilməsi, habelə hərbi və mülki şəhid ailələrinin hər birinə Gəncə şəhər İcra Hakimiyyyətinin imkanları hesabına 1000,0 (bir min) manat məbləğində maddi yardımın göstərilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciyyət edilmişdir.

03 iyun 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin növbəti iclası keçirilmişdir. İclasda şəhərin mərkəzində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə, Gəncə şəhər Baş Polis İdarəsinə və Gəncə şəhər  Sanitariya və Epidemiyalogiya stansiyalarına müraciyyətlər edilmişdir.

Dağılmış vəya qəzalı vəziyyətə düşmüş (raket atəşindən sonra) tikinti işləri başlanılmayan 4 (dörd) tikinti təmir işlərinin yekunlaşdırılması Gəncə Şəhər İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Gəncə şəhər şöbəsinə müraciət edilmişdir.

Mütəmadi olaraq Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən vətəndaşların, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qəbulu həyata keçirilərək İctimai Şuranın iştirakı təmin edilir.

Keçidlər