İcra Hakimiyyəti
Bələdiyyələr
Gəncə şəhəri Hacıkənd Qəsəbə Bələdiyyəsi
Hacıkənd qəsəbə bələdiyyəsi - Azərbaycan küçəsi -34 saylı ünvanda yerləşir.
Hacıkənd qəsəbəsinin ərazisi -107.0 hektardır.
Əhalisinin sayı -489 nəfər.
Qəsəbədə -5 küçə və iki dalan yerləşir.
Bələdiyyə üzvü -5 nəfərdir.
Hacıkənd qəsəbə bələdiyyəsinin sədri: - Mehtiyev Vüqar Rafiq oğlu.
Bələdiyyə qulluqçularının sayı: - 4 nəfərdir.
Hacıkənd qəsəbə bələdiyyəsinin hüquqi ünvanı:
Hacıkənd qəsəbəsi ,Azərbaycan küçəsi -34,
Poçt indeksi:- AZ 2523.
Telefon: (022)2072503, 050-640-49-07,
Faks: -
Azərbaycan Respublikasında bələdiyyələrin yaranması Ümummilli Liderimiz - Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1999-cu ilin dekabr ayının 12-də Azərbaycanda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi və Gəncə şəhərinin Hacıkənd qəsəbəsində də bələdiyyə yaradıldı.
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə və Mərkəzi Seçki Komissiyasının qərarına əsasən növbəti dəfə 2014-cü ilin dekabr ayının 23-də keçirilən seçkilərdə Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbə bələdiyyəsinə 5 nəfər bələdiyyə üzvü seçilmişdir.
Bələdiyyədə 5 daimi komissiya fəaliyyət göstərir:
- Yerli büdcə məsələləri üzrə daimi komissiya,
- Yerli iqtisadi-inkişaf məsələləri üzrə daimi komissiya,
- Yerli hüquq məsələləri üzrə daimi komissiya,
- Yerli sosial məsələləri üzrə daimi komissiya,
- Yerli ekologiya məsələləri üzrə daimi komissiya.
Demokratiyanın atributlarından biri sayılan və respublikamızda əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bələdiyyələrə 1999-cu il dekabr ayının 12-də ilk dəfə olaraq keçirilmiş seçkilərdə Gəncə şəhərinin Kəpəz rayonunda Kəpəz bələdiyyəsi yaradıldı.
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə və Mərkəzi Seçki Komissiyasının 12 yanvar 2015-ci il tarixli qərarına əsasən 2014-cü ilin dekabr ayının 23-də çoxmandatlı seçki əraziləri üzrə keçirilən seçkilərdə Gəncə şəhərinin Kəpəz rayonunda yerli özünüidarəni həyata keçirən Kəpəz bələdiyyəsinə vətəndaşların sərbəst və gizli səsverməsi yolu ilə 19 nəfər bələdiyyə üzvü seçilmişdir. Onlardan 7 nəfəri qadındır.
Kəpəz bələdiyyəsinin inzibati hüdudları Hacıkənd qəsəbəsi istisna olmaqla Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. Bələdiyyənin ərazisi 57,5 kv.kilometrdir. Ərazidə Məhsəti, Sadıllı, Şıxzamanlı, Cavadxan və Natəvan adlanan 5 qəsəbə və 290 küçə mövcuddur.
Bələdiyyənin ərazisində yaşayan əhalinin sayı 178027 nəfərdir. Onlardan 279 şəhid ailəsi, 250 nəfər Qarabağ müharibəsi əlili, 270 nəfəri Çernobıl əlili, 5 nəfəri Böyük Vətən Müharibəsi iştirakçısı və 183 nəfəri arxa cəbhədə fədakar əməyinə görə fərqlənənlərdir.
Bələdiyyənin yerləşdiyi Kəpəz rayonu əsasən sənaye rayonu olmaqla, burada 10 sənaye, 4 nəqliyyat, 3 tikinti quraşdırma müəssisəsi, 14 rabitə şöbəsi fəaliyyət göstərir.
Bələdiyyənin inzibati ərazisində 1 ali, 26 orta ümumtəhsil, 22 məktəbəqədər tərbiyə müəssisəsi, 2 peşə liseyi, 1 peşə məktəbi, 22 səhiyyə ocağı, 6 mədəni-maarif müəssisəsi, 2 musiqi məktəbi, 11 kitabxana əhaliyə xidmət göstərir.
Kəpəz bələdiyyəsində 6 daimi komissiya, 45 nəfərdən ibarət icra aparatı, ərazidə 24 məhəllə komitəsi fəaliyyət göstərir.
Gəncə şəhərinin Kəpəz rayonunda (Hacıkənd qəsəbəsi istisna olmaqla) yerli özünüidarəni həyata keçirən Kəpəz bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa, digər normativ - hüquqi aktlara əsasən qurur və işini seçicilərin arzu və təkliflərinə, bələdiyyə iclaslarında qəbul edilmiş yerli proqramlara müvafiq müəyyənləşdirərək həyata keçirməkdədir.
Bələdiyyə ərazisində Şəhər və Rayon İcra Hakimiyyətlərinin təşəbbüsü ilə aparılan geniş yenidənqurma, abadlıq-təmizlik, bərpa-təmir və yaşıllaşdırma tədbirlərinin aparılması, sakinlərə göstərilən sosial və kommunal xidmətlərin yaxşılaşdırılması, onların həyat ehtiyaclarını tam və keyfiyyətli ödənilməsi Kəpəz bələdiyyəsinin ən öndə duran vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
Həmin vəzifələrin həyata keçirilməsi ilə əlaqədar yerli büdcənin möhkəmləndirilməsi üçün bir sıra təşkilati tədbirlər görülmüş, yerli vergilərin toplanmasının təkmilləşdirilməsi məqsədilə vergi ödəyiciləri kodlaşdırılaraq onların kompüterdə bazası yaradılmış, bələdiyyənin vergi müvəkkilləri xüsusi geyimlərlə təmin edilmiş, yerli vergi və ödənişlərin vergi ödəyicilərinə bələdiyyənin təqdim etdiyi tədiyyə bildirişləri əsasında bank və poçt rabitəsi şöbələri vasitəsilə ödənilməsinə nail olunmuş, nəqliyyat vasitələrinin müvəqqəti dayanacaqlarından daxil olan ödənişlərin həcmi artırılmış, qəsəbələrdəki fərdi və bağ evlərinin inventarizasiyası aparılır, vergi borclarını ödəməyən fiziki şəxslərə qarşı borcların məcburi alınması üçün qanunvericiliyə əsasən müvafiq tədbirlər görülməkdədir.
Aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması, bələdiyyəyə müraciət etmiş vətəndaşlara maddi yardım, dəfn və mərasim xidmətlərinin təşkilinə köməklik göstərilməsi, milli bayramların qeyd edilməsi, idman-sağlamlıq və mədəni-xeyriyyə tədbirlərinin keçirilməsi Kəpəz bələdiyyəsi yanında fəaliyyət göstərən Yerli Sosial məsələləri daimi komissiyasının gündəlik işində başlıca yer tutmuşdur.
Kəpəz bələdiyyəsi işini günün tələblərinə uyğun qurmaq üçün öz sakinləri ilə yerlərdə məhəllə komitələri vasitəsilə sıx ünsiyyət saxlayır.
Bələdiyyə ərazisində fəaliyyət göstərən 24 məhəllə komitəsi ərazidə yaşayan hər bir sakinin arzu və ehtiyacının öyrənilməsində, onların problemlərinin yaxından həllində bələdiyyənin köməkçisidir.
Belə ki, məhəllə komitələrinin bilavasitə təşəbbüsü ilə qəsəbələrdə məhəllədaxili yollara çınqıl döşənmiş, sakinlərin su təminatı yaxşılaşdırılmış, çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının həyətyanı sahələrində qeyri-qanuni tikililər sökülərək sakinlər üçün istirahət guşələri, uşaqlar üçün idman və əyləncə yerləri yaradılmış, məhəllə klubları təmir edilmişdir.
Kəpəz bələdiyyəsi, onun icra aparatı məhəllə komitələrinin, ayrı-ayrı vətəndaşların ərizə və şikayətlərinə qayğı və həssaslıqla yanaşmaqla bu müraciətlərin vaxtında və müsbət həll olunması üçün yüksək tələbkarlıq göstərir.
Kəpəz bələdiyyəsinin büdcəsi əsasən rayon ərazisində aparılan yenidənqurma, abadlıq-təmizlik, bərpa-təmir və yaşıllaşdırma işlərinə yönəldilir.
Heydər Əliyev, Nizami, Ş.İ.Xətai, M.Bağırov, T.Arani, Ə.Əliyev, N.Nərimanov, Üz.Hacıbəyov və digər mərkəzi prospekt və küçələrdə mütəmadi olaraq abadlıq-təmizlik tədbirləri aparılır, yay aylarında ağaclar və yaşıllıqlar suvarılır, “Nizami” Məqbərəsinin yanında 0,5 ha, Heydər Əliyev parkında 1,0 ha Kəpəz bələdiyyəsinin xidmət etdiyi əraziyə əkilmiş 2000 ədəd dekorativ ağac və 1000 ədəd gül kolları daim suvarılır, onlara qulluq göstərilir, alaq otları biçilir.
Yerli büdcəyə maliyyə dəstəyi məqsədilə Kəpəz bələdiyyəsi tərəfindən dövlət büdcəsindən ayrılması nəzərdə tutulan subvensiyalar hesabına maliyyələşdirilən bir sıra layihələr hazırlanmışdır.
Beynəlxalq əməkdaşlıq və bələdiyyələrarası əlaqələr sahəsində Kəpəz bələdiyyəsi onunla qardaşlaşmış Türkiyənin Keçiören bələdiyyəsi və Gürcüstanın Kutaisi bələdiyyəsi ilə dostluq və qonşuluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə əlaqələrini genişləndirməkdədir, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə bələdiyyənin 2015-2019-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanması və yerli vergilərin idarə edilməsinə proqram təminatının yaradılması istiqamətində əməkdaşlıq edir.
Yerli özünüidarəetmə orqanlarında informasiya-kommunikasiya texnologiyaların tətbiqinin genişləndirilməsi və elektron xidmətlərin inkişaf etdirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədi ilə Kəpəz bələdiyyəsinin www.kepezbelediyyesi.org Veb saytı yaradılmışdır. Həmin saytda bələdiyyənin fəaliyyətini əks etdirən məlumatların elektron versiyasının yerləşdirilməsi, fəaliyyətində şəffaflığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi, elektron informasiya bazasının yaradılması istiqamətində iş görülməkdədir.
Ölkədə, o cümlədən Gəncə şəhərində aparılan çoxsahəli, geniş quruculuq və abadlıq işlərində sosial-iqtisadi, ekoloji, mədəni və digər tədbirlərin həyata keçirilməsində Kəpəz bələdiyyəsi bundan sonra da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa, əhalinin, seçici tapşırıqlarının yerinə yetirilməsində özünüidarəni layiqincə təşkil edilməsinə çalışır.
Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri: Yaşar Atakişi oğlu Abdullayev
Kəpəz bələdiyyəsi sədrinin müavini:
Kəpəz bələdiyyəsinin hüquqi ünvanı: Ş.İ.Xətai prospekti, 101. AZ 2023
Telefon: (022) 265-19-10
Faks: (022) 265-01-56
E-mail: kepez_belediyyesi@yahoo.com
Gəncə şəhər Nizami Bələdiyyəsi
Nizami (Gəncə ş.) bələdiyyəsi 28 May küçəsi İnzibati binada yerləşir.
Nizami (Gəncə ş.) bələdiyyəsinin ərazisi – 3982,19 hektar..
Rayonda – 5 prospekt, 193 küçə və 3 böyük yaşayış massivi yerləşir (Yeni-Gəncə, Mahrasa- bağı, Gülüstan )
Əhalinin sayı150868 nəfərdir
Bələdiyyə üzvü - 19 nəfər
Bələdiyyə qulluqçusu -20 nəfər
Bələdiyyənin sədri - Məmmədov Qoşqar Əjdər oğlu
Bələdiyyənin sədr müavinin - Əliyev Fikrət Faxrəddin oğlu
Telefon: (022) 254-48-39 Faks (022) 264-04-55
Dövlət müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevin Yerli Demokratiyanın inkişafı istiqamətində gördüyü işlər bu gün də öz bəhrəsini verməkdədir. Ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasət bunun sübutudur.
Cənab Prezidentimiz daim qeyd etdiyi kimi müstəqil Azərbaycanın yeni tarixinin son illəri islahatlar dövrü olmuşdur. İqtisadiyyat, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqlarının və azadlığının təmin edilməsi istiqamətində köklü dəyişikliklər baş vermişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş ölkə bələdiyyələri illər keçdikcə möhkəmlənir və fəaliyyət dairəsini genişləndirir. Bələdiyyələr öz fəaliyyətlərində iqtisadi və sosial-inkişafa daha dərindən nüfuz edirlər.
Nizami (Gəncə ş.) bələdiyyəsinə 23 dekabr 2014-cu il tarixində keçirilən bələdiyyə seçkilərində 19 nəfər üzv seçilmişdir. Bələdiyyədə 6 daimi komissiya fəaliyyət göstərir.
- Yerli büdcə məsələləri üzrə daimi komissiya
- Hüquq məsələləri üzrə daimi komissiya
- Yerli sosial məsələlər üzrə daimi komissiya
- Yerli iqtisadi-İnkişaf məsələləri üzrə daimi komissiya
- Yerli ekologiya məsələləri üzrə daimi komissiya
- Fövqaladə hallar üzrə daimi komissiya
Nizami (Gəncə ş.) bələdiyyəsi öz fəaliyyət dövründə daim bələdiyyənin əsasını təşkil edən büdcəsinin gücləndirilməsi məqsədi üçün yeni-yeni mənbələr axtarmaqdadır. Hal-hazırda bələdiyyə dörd mənbə hesabına formalaşır ki, bu da fiziki şəxslərdən əmlak vergisi, fiziki şəxslərdən torpaq vergisi, ödəniş və rüsumlardan olan vəsait və dövlət tərəfindən ayrılan dotasiya.
Azərbaycan Respublikası vətəndaşlarının konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlarının təmin olunmasını daim diqqət mərkəzində saxlayan ölkə prezidenti vətəndaşların müraciətlərinə baxılmasına xüsusi önəm verir. Bu baxımdan Nizami (Gəncə ş.) bələdiyyəsi öz fəaliyyət dövründə icra aparatı sistemində vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işinin təşkilində müvafiq normativ hüquqi aktların dəqiq və tam icrasını təmin etmək, bu işin səviyyəsini yüksəltmək və səmərəliyini artırmaq istiqamətində məqsədyönlü iş aparır.
Nizami (Gəncə ş.) bələdiyyəsində mədəni kütləvi tədbirlər və anım mərasimlərinin keçirilməsi daim diqqət mərkəzində saxlanılır. 20 Yanvar, Xocalı soyqrımı, 31 Mart Azərbaycanlılarının soyqrımı faciəsi ilə əlaqədar mərasimlər təşkil edilmişdir. 26 fevral Xocalı Soyqırımı ilə əlaqədar Texniki kollecin yataqxanasında məskunlaşan Xocalı köçkünlərli ilə tədbir keçirilmiş və bu görüşdə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azad Bayramov,Sevda Abdullayeva və Zümrüd Qəhramanova tərəfindən hazırlanmış “XOCALI SOYQIRIMI” adlı kitab Xocalı İcra nümayəndəsinə təqdim edilmişdir. Xalqımızın Milli bayramı sayılan Novruz bayramı, təntənəli şəkildə qeyd olunmuşdur. Gəncə Uşaq fondu ilə birgə xüsusi qayğıya ehtiyyacı olan uşaqlarla tədbir keçirilmişdir.Vətəndaşlar tərəfindən bələdiyyəyə maddi yardımla əlaqədar edilən müraciətlər imkan daxilində təmin olunmuşdur. Nizami (Gəncə ş.) bələdiyyəsi şəhərdə keçirilən iməcliklərdə mütamadi iştirak etmişdir.Hava limanı yolunda yerləşən bələdiyyənin yaşıllıq zonasında yeni ağaclar əkilmiş, ağaclara qulluq edilmiş və təmizlik işləri aparılmışdır.Bundan başqa neft baza adlanan ərazidə əkilmiş ağaclara qulluq edilmiş və orada təmizlik işləri aparılmışdır.Heydər Əliyev mərkəzində yerləşən bələdiyyəyə ayrılmış yaşıllıq ərazisində ağaclar suvarılmış və təmizlik işləri aparılmışdır.Əhalinin asudə vaxtlarını keçirdiyi və bələdiyyənin mülkiyyətinə daxil olan Novruz meydanında, İstiqlal xiyabanında və Zeynalabdin Tağıyev küçəsində yerləşən istirahət guşələrində təmir-bərpa işləri aparılmışdır. Nizami (Gəncə ş.) bələdiyyəsi özünüidarəetmə orqanı olduğu üçün onun büdcəsi əhalidən yığılan vergilər, rüsum və ödənişlərdən formalaşır. Yerli vergi ödənişi işinin daha səmərəli təşkili məqsədi ilə müvafiq tədbirlər görülməklə yanaşı əhali arasında maarifləndirmə işinin aparılması da daim diqqət mərkəzində saxlanılır.