Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Fəaliyyət

 

 

Əsaslı tikinti-quraşdırma və abadlaşdırma işləri

  • 2025-ci ildə şəhərin 130-a yaxın prospekt və küçəsində
    1 milyon 216 min kvadrat metr asfalt örtüyü, səkilərə 41 min 754 kvadrat metr asfalt örtüyü salınmış, 33 min kvadrat metr piyada yolunun tamet daşları bərpa edilmiş, 29 min 115 metr yeni bort daşları quraşdırılmışdır.
  • 2025-ci ildə şəhərimizin müxtəlif ünvanlarında çoxmənzilli binalarda 165 min kvadrat metr fasad, 210 min kvadrat metr dam örtüyü təmir edilmişdir. Xan bağı, Heydər Əliyev adına meydan, Bayraq meydanı və digər park və meydanlarda ümumi sahəsi 176 min kvadrat metr ərazidə əsaslı təmir işləri həyata keçirilmişdir.
  • 2025-ci ildə şəhər ərazisində 3 min 151 ədəd işıqlandırma dayağı, 120 min metrdən çox müxtəlif en kəsikli kabel yenisi ilə əvəzlənmiş, 7 min metrdən çox müxtəlif en kəsikli yeni kabel xətləri çəkilmiş, Bakı-Gəncə şossesində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş kitabələrin ətrafına 305 ədəd müxtəlif gücə malik projektor quraşdırılmışdır. 
  • 2025-ci ildə Nizami Gəncəvi, Heydər Əliyev, Şah İsmayıl Xətai prospektlərində, Azərbaycan Bayrağı küçəsində, Gəncəçay çayının sağ sahilində, Hava limanı yolunda, “İstiqlal”, “Qələbə”, Fikrət Əmirov parklarında, “Bayraq” meydanında və digər ərazilərdə ümumilikdə 18700 ədəddən çox müxtəlif növ ağac tingi, 16000 ədəddən çox kol və çiçək əkilmiş, 2 ədəd subartezian quyusu təmir edilərək istismara verilmiş, 3200 kvadrat metr sahəyə qazon əkilmiş, 250,5 hektar əraziyə mütəmadi qulluq göstərilmişdir.

 

Dəmiryolu sahəsində

  • Hesabat dövrü ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin qərb istiqaməti üzrə dəmir yol nəqliyyatı vasitəsi ilə  1161326 ton yük daşınmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 395142 ton azdır.
  • Bu dövrdə "“Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamentinin Qərb vaqon təmiri deposu tərəfindən QSC-nin inventar vaqon parkına məxsus vaqonların depo təmiri plan üzrə nəzərdə tutulan 279 ədəd vaqona qarşı 630 ədəd vaqon təmir edilmişdir. Onlardan 347 ədədi sənaye müəssisələrinə aiddir. Depo təmirindən buraxılan vaqonlardan 159 ədədi yarımvaqon, 347 ədədi çən, 47 ədədi platforma, 2 ədədi qapalı, 63 ədədi qeyri-tip, 6 ədədi taxıl, 6 ədədi sement vaqonları olmuşdur.

 

 

İNFRASTRUKTURUN YAXŞILAŞDIRILMASI

Enerji təminatı sahəsində

  • Gəncə şəhərində yeni salınmış Yaşayış massivlərini elektrik enerjisi ilə təchiz etmək və 0,4 kV-luq şəbəkələrin gücləndirilməsi məqsədi ilə 167 ədəd  ÖİN dayaqlar basdırılmışdır və Yeni  Yaşayış massivlərini elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə 8,15 km SİP kabel xətləri çəkilmişdir.
  • 45 ədəd10/6 kV-luq dayaqlar basdırılmış, 301 ədəd 0,4 kV-luq dayaq, 450 ədəd 10/6 kV-luq dayaq  rənglənmiş, 6,12 kmAS-70/50/35 markalı naqil quraşdırılmış, 404 ədəd ŞF-10 markalı İzolyatorlar quraşdırılmış, 2,5 km SİP-3 markalı kabel çəkilmişdir.
  • Zədəli 21 ədəd d/boru dayaqları yeniləmək məqsədi ilə  21 ədəd  d/boru dayaq  basdırılmışdır
  • Zədəli 12 ədəd d/beton dayaqları yeniləmək məqsədi ilə  12 ədəd  d/boru dayaq  basdırılmışdır.
  • Zədəli 21 ədəd ağac dayaqları yeniləmək məqsədi ilə  21 ədəd  d/boru dayaq  basdırılmışdır.
  • 0,573 km 35 kV-luq XLPE markalı, 86 km10/6 kV-luq XLPE markalı   kabel, 1,2 km 0,4 kV-luq yeraltı k/x çəkilmişdir.
  • 70 ədəd 35 kV-luq aralıq muftalar, 6 dəst 35 kV-luq sonluq muftalar, 199 ədəd (138 ədəd aralıq , 61 ədəd  sonluq mufta) 10/6 kV-luq muftalar quraşdırılmışdır.
  • 12,2 km 10/6 kV-luq, 5,1  km  0,4 kV-luq hava xətləri tarımlanmışdır
  • 822 ədəd TM və KTM-də cari təmir işləri aparılmışdır
  • 1 ədəd KTM 630 kVA 10 kV-luq quraşdırılmış, 3 ədəd Xətt ayrıcısı quraşdırılmışdır
  • 9 km 10/6 kV-luq hava xəttinə yaxınlaşan ağacların budaqları budanmış, 4,8  km 0,4 kV-luq SİP  xəttə yaxınlaşan ağacların budaqları budanmışdır
  • 1 ədəd 35 kV-luqvə 6 ədəd 10/6 kV-luq Gərginlik transformatoru quraşdırılmışdır.
  • 28 ədəd TM-in binaları təmir olunmuşdur
  • 26 ədəd 0,4 kV-luq 400 A-lik ayrıcı, 102 ədəd 0,4 kV-luq 400 A-lik qoruyucu, 10 ədəd 0,4 kV-luq 250 A-lik ayrıcı, 30 ədəd0,4 kV-luq 250 A-lik qoruyucu və 1 ədəd 0,4 kV-luq 3x225 A-lik ayrıcı quraşdırılmışdır.
  • Yeni yaşayış , istehsal və ticarət obyektlərini elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə 257 ədəd 1 fazlı, 33 ədəd 3 fazlı elektrik sayğacı quraşdırılmışdır.

  

Təbii qaz təminatı sahəsində

  • 2025-ci il ərzində podratçı təşkilatlar tərəfindən mənzilə 380 qaz sayğacı quraşdırılmış və il ərzində artan abonentlərin sayı 380 təşkil edir. İl ərzində əvəz edilmiş sayğacların sayı isə 10281 ədəddir.  QDX  tərəfindən 2025-ci il ərzində qrafik üzrə hər ay 916 QTŞ və 415 siyirtmə təftiş və təmir olunmuşdur. Qaz  xətlərinə baxış zamanı 918 qaz sızması aşkar edilmiş və 918 sızma aradan qaldırılmışdır.
  • Gəncə şəhəri Sadıllı qəsəbəsi Hərbi hospitalın yanı qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə, D57mm L140p/m qaz xəttinin cəkilməsi.
  • Gəncə şəhəri Avtozavod qəsəbəsi ünvanında yaşayan (müharibə veteranı) Asif Verdiyev Əlirza oğluna  məxsus fərdi yaşayış evinə D20mm L150p/m qaz xəttinin çəkilməsi.
  • Gəncə şəhəri MDB oyunlarına hazırlıq planı ilə əlaqədar şəhərin Vaqif və Sahil küçələrində müxtəlif diametrli qaz xəttlərinin boyanması.
  • Gəncə şəhəri Abbas Səhət adına xəstəxananın yanı yeni yaşayış massivinə çəkilmiş D76mm-lik qaz xəttinin istismara verilməsi və sayğacların xətt üzərinə köçürülməsi.
  • Gəncə şəhəri müxtəlif ünvanlarında quraşdırılmış 7 ədəd ŞQTM-lərə beton meydançaların salınması.
  • Gəncə şəhəri MDB oyunlarına hazırlıq planı ilə əlaqədar şəhərin T.Ozal,Bakı,F.Mirzə,Rza,M.Sübhi,Fizuli küçələrində yeraltı üsul ilə əvəzlənmiş politilen qaz xəttlərinin üzərinə sayğacların köçürülməsi.
  • Gəncə şəhəri MDB oyunlarına hazırlıq planı ilə əlaqədar şəhərin Sadıllı qəsəbəsində qaz xəttlərinin dayaqlar üzərinə qaldırılması və səliqəyə salınması.
  • 2025-ci il Payız Qış mövsümünə hazırlıq planı ilə əlaqədar Gəncə şəhəri İsmayılzadə küçəsi və Zülfüqar Məmmədov küçələrində istismara yararsız 2-ədəd qaz tənzimləyicinin yeni ŞQTM-300 ilə əvəzlənməsi.
  • Gəncə şəhəri Şəhər 1 qaz xəttinin 2025 ci il qrafiki üzrə 3500 p/m hissəsinin  kiplik –möhkəmlik sınagının keçrilməsi.
  • 2025-ci il Payız Qış mövsümünə hazırlıq planı ilə əlaqədar Gəncə şəhəri Totanlı küçəsi, Yeni Gəncə yaşayış massivi, 2-ci mik/rayon, Yeni Gəncə yaşayış massivi, bina 45b yanı, Rəmziyyə Veysəlova küçəsi, İ.Talıblı küçəsi, İ.Qasımov küçəsi, G.Əsədov küçəsi, Z.Məmmədov küçəsi 36 nömrəli məktəbin sağ hissəsi, Şəhriyar küçəsi, Şirvani küçəsi, Yeni Gəncə yaşayış massivi, bina 58a yanı, M.Hacıyev ilə D.Bünyatzadənin kəsişməsi, Zakir Əhmədov küçəsi, Ozan küçəsi 23-nömrəli məktəbin həyəti, Səfavilər küçəsi ilə Kırlov küçəsinin kəsişməsi, Mehrablı küçələrində istismara yararsız 16-ədəd qaz tənzimləyicinin yeni ŞQTM-300-500 ilə əvəzlənməsi.
  • 2025-ci il Payız Qış mövsümünə hazırlıq planı ilə əlaqədar Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın həyəti və A.Ziyatxanov küçəsi bina 38-in arxası dayaqlardan düşmüş D108-D76 mm qaz xəttlərinin dayaqlar üzərinə qaldırılması.
  • 2025-ci il Payız Qış mövsümünə hazırlıq planı ilə əlaqədar Gəncə şəhəri Avtomobil zavodunun qarşısı,Atabəylər küçəsində istismara yararsız D150 və 100 mm bağlayıcı siyirtmələrin yenisi ilə əvəz olunması.
  • 2025-ci il Qaz təchizatının yaxşılaşdırılması məqsədilə Gəncə şəhəri Məhsəti qəsəbəsi 27,28,29-cü küçəni əhatə edən qaz xətti üzərində 1 ədəd ŞQTM-60 quraşdırılmışdır.
  • 2025-ci il qeyri əhali sektrou üzrə satılan qaz həcmi 34 919 733 m3 (dəyəri 8 763 696 manat),ödəniş 8 797 080 manat, satılan qazın dəyərinin ödənilmə faizi 100,38 faiz
  • 2025-ci il əhali sektrou üzrə satılan qaz həcmi 145 148 570 m3 (dəyəri 25 354 980manat),ödəniş 24 790 392 manat, satılan qazın dəyərinin ödənilmə faizi 97,77 faiz
  • 2025-ci il Gəncə XS üzrə ümumi satılan qaz həcmi 180 068 303 m3 (dəyəri 34 118 676 manat),ödəniş 33 587 472 manat, satılan qazın dəyərinin ödənilmə faizi 98,44 faiz

 

İçməli su təminatı sahəsində

  •  “Gəncə şəhəri su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində ümumilikdə 855 kilometr uzunluğunda içməli su xəttinin 543 kilometri, yəni 64 faizi, 767 kilometr uzunluğunda çirkab su və kanalizasiya xəttinin 382 kilometri, yəni 47 faizi icra olunmuşdur. Layihə çərçivəsində 2022-2025-ci illər ərzində görülən işlərdən 720 ədəd hidrant, 2415 ədəd sürgülü vintil quraşdırılmış, 34615 ədəd sayğac quraşdırılmışdır. Bu işlər davam etdirilir. 
  • Layihə çərçivəsində 2025-ci il ərzində 10168 p/m müxtəlif diametrli su xətti, 8056 p/m müxtəlif diametrli kanalizasiya xətti çəlkilmiş, 316 ədəd kanalizasiya nəzarət baxış quyusu tikilmişdir.
  • Hesabat dövrü ərzində Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən şəhər su və kanalizasiya təsərrüfatlarında magistral su kəmərlərində, həmçinin şəhərdaxili su şəbəkəsində uzunluğu 3237 p/metr müxtəlif diametrli su borusu, 3951 p/metr müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilmiş və ya təmir olunmuş, 44 ədəd kanalizasiya nəzarət baxış quyusu tikilmiş və 49 ədəd kanalizasiya nəzarət baxış quyusunun üzərinə çuqun lyuk qoyulmuşdur.
  • 63 ədəd müxtəlif markalı su nasosu, 89 ədəd müxtəlif diametrli siyirtmə təmir olunmuş, 46 ədəd siyirtmə, 30 p/metr müxtəlif en kəsikli kabel dəyişdirilmişdir.
  • Bununla yanaşı, 78 ədəd subartezian quyusunda təmir işləri aparılmış, 869 ədəd sərfölçən və su sayğacı quraşdırılmış, 27 ədəd müxtəlif tutumlu su anbarı təmizlənib dezinfeksiya olunaraq istifadəyə verilmişdir.
  • 2025-ci ildə istehlakçılar tərəfindən istifadə edilən 11367,0 min manat dəyərində su və kanalizasiya xidmətinin 90,68 faizi, o cümlədən əhali tərəfindən 7406,0 min manat dəyərində su və kanalizasiya xidmətinin 96,5 faizi ödənilmişdir.
Keçidlər