Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Dövlət şəhərsalma nəzarəti üzrə məsul şəxslər

Gəncə şəhərində dövlət şəhərsalma nəzarətini daha da gücləndirmək məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti işçilərindən ibarət ərazilər üzrə məsul şəxslər təyin edilmişdir.

Şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi və nəticələrinin aradan qaldırılması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mövcüd qanunvericilik aktlarına əsasən, yerli səviyyədə həyata keçirilən dövlət şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması, habelə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sadələşdirilmiş qaydada istismarına icazə verilməsi ilə bağlı bütün zəruri tədbirlər görülür. Belə ki, Torpaq zəbtləri və qanunsuz tikililərlə mübarizə üçün Gəncə şəhərində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2023-cü il tarixli Sərəncamı ilə komissiya yaradılmışdır.  

Komissiyanın tərkibinə Gəncə Şəhər İcra Hakimiyyətinin, aidiyyəti dövlət qurumlarının-Gəncə Şəhər Baş Polis İdarəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi Qərb Regional Tikinti Müfəttişliyinin, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri, Gəncə Şəhər Kəpəz və Nizami Bələdiyyələrinin sədrləri daxil edilmişdir.

Komissiyanın 19 iyun 2023-cü il tarixində keçirilən iclasında Gəncə şəhəri ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi və aradan qaldırılması tədbirləri barədə məsələ müzakirə olunmuş, işçi qrupları yaradılmış və müvafiq qərar qəbul edilmişdir. Belə ki, dövlət şəhərsalma nəzərəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə yerli icra hakimiyyətlərinin işçilərindən məsul şəxslər (işçi qruplarının rəhbərləri) təyin edilmiş, həmin işçilərin inzibati və sahə inzibati ərazi dairələri üzrə bölgüsü aparılmışdır.       

Gəncə şəhərində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış işçi qrupu barədə məlumat

 

s/s

Məsul şəxsin Soyadı, Adı

Vəzifəsi

Əlaqə nömrəsi

E-mail

1

2

3

4

5

 Gəncə şəhəri üzrə

1

Elvin Həsənzadə

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və Memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar)

099-966-00-00

memarliq@ganja-ih.gov.az

2

Rəşad Həsənov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və Memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun baş məsləhətçisi

055-462-60-54

memarliq@ganja-ih.gov.az

 Gəncə şəhərinin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 

3

Elnur Rəhimov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

055-204-90-77

1sied@ganja-ih.gov.az

Gəncə şəhərinin 2 nömrəli Sahə İnzibati  Ərazi Dairəsi üzrə 

4

Vaqif Hüseynov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

050-373-55-53

2sied@ganja-ih.gov.az

Gəncə şəhərinin 3 nömrəli Sahə İnzibati  Ərazi Dairəsi üzrə 

5

Həsən Oruclu

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

055-243-05-24

3sied@ganja-ih.gov.az

Gəncə şəhərinin 4 nömrəli Sahə İnzibati  Ərazi Dairəsi üzrə 

6

Ramil Əzizov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

070-572-50-40

4sied@ganja-ih.gov.az

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Cavadxan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə

7

Əliyev Camaləddin

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Cavadxan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

055-200-70-37

javadkhan@ganja-ih.gov.az

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə

8

Çingiz İslamzadə

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

055-278-59-99

shikhzamanli@ganja-ih.gov.az

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Natəvan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə

9

Vasif Seyidov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Natəvan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

050-385-30-25

natavan@ganja-ih.gov.az

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Sadıllı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə

10

Natiq Binnətov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Sadıllı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

050-353-88-89

sadilli@ganja-ih.gov.az

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə

11

Hümbət Hüseynov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

050-300-36-08

 

hajikand@ganja-ih.gov.az

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Məhsəti Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə

12

Əfrayım Əliyev

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Məhsəti Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

055-379-22-22

mahsati@ganja-ih.gov.az

 

Keçidlər